Cologne, Germany

Köln Dil və Mütəxəssislər Akademiyası Almaniya Federativ Respublikasında fəaliyyət göstərən “E & F Kaukasischer Fachkräftedienst GmbH”-nın Azərbaycandakı yeganə rəsmi filialıdır. “E & F Kaukasischer Fachkräftedienst GmbH”-nın əsas fəaliyyət istiqamətləri xarici ixtisaslı kadrların Almaniyada ilə təmin edilməsində vasitəçilik və həmçinin həmin kadrların Almaniyada sosial-sağlamlıq sahəsində işlə təmin edilməsindən ibarətdir. Şirkət məqsədinə uyğun olaraq Azərbaycanda “Köln Dil və Mütəxəssislər Akademiyası” adı altında rəsmi filialını yaratmışdır.

Filialın əsas məqsədi Almaniyada çalışmaq arzusunda olan azərbaycanlı mütəxəssisləri alman qanunvericiliyindəki yeni dəyişiklikdən yararlanaraq həmin ölkədə işlə təmin etməkdir. Belə ki, 2019-cu ildə qüvvəyə minəcək dəyişikliklərə əsasən xarici ölkələrdə ixtisaslaşmış kadrların Almaniyada çalışmaları xeyli asanlaşdırılacaqdır. Bizim filial kadrlara alman dilini öyrənmələri üçün sərfəli şərtlərlə alman dili kurslarını təklif edir. Kursu bitirən, yaxud artıq yetərli alman dili biliklərinə (minimum B1) sahib olan kadrların Almaniyada ixtisaslarına uyğun işlə təmin olunması prosesini “E & F Kaukasischer Fachkräftedienst GmbH” öz üzərinə götürür. Qeyd edək ki, kadrlarımızın müvafiq işlərlə təmin olunmasındakı müvəffəqiyyətimiz onların yiyələndiyi ixtisas sahələrinin Almaniyadakı aktuallıq dərəcəsindən asılıdır.

Bununla yanaşı filialımız Almaniya universitetlərində müxtəlif istiqamətlərdə təhsil almaq istəyən, bu ölkədə peşə təhsili (Ausbildung) yaxud praktika keçmək istəyən, ya da müxtəlif məqsədlərlə yalnız alman dili öyrənmək istəyən şəxslərə də bu istiqamətlərdə öz xidmətini təklif edir.

XİDMƏTLƏRİMİZDƏN YARARLANIN VƏ ARZULADIĞINIZ HƏYATA DOĞRU

BİZİMLƏ DOĞRU

ADDIM ATIN!