İxtisaslı kadrlar üçün Almaniyada iş

İxtisaslı kadrlar üçün Almaniyada iş xidmət paketinə aşağıdakılar daxildir:

– 1-ci paketin xidmətləri (əgər arzu olunursa)

– Bizə müraciət edilən andan etibarən sənədlərin hazırlanması və andlı tərcüməsinin həyata keçirilməsi, müvafiq alman idarələrinə tanınma və iş müraciəti üçün təqdimat

– İxtisaslı mütəxəssislərin Almaniyada uyğun əmək haqqı ilə işlə təmin olunmasında tam dəstək

– Vizanın alınmasında dəstək

– Almaniyada yerləşdirilmədə dəstək

Almaniyada işləmək arzusunda olan ixtisaslı kadr dedikdə Azərbaycanda hər hansı bir ali və orta ixtisas məktəbini (universitet, texnikum və s.) uğurla bitirmiş şəxs başa düşülür. Bu paketdən istifadə etmək istəyən şəxslər Almaniyada yeni qəbul olunacaq İxtisaslı Kadrların Miqrasiyası Haqqında Qanuna (Fachkräfteeinwanderungsgesetz) əsasən minimum B1 səviyyəsində alman dili biliklərinə sahib olmalıdırlar. Siz bizim təklif etdiyimiz 1-ci paketin xidmətlərindən yararlanaraq qısa bir zaman ərzində (5-6 ay) bu səviyyədə dil biliklərinə yiyələnə bilərsiniz (1-ci paketin qiyməti ayrıca ödənilir). Unutmaq lazım deyildir ki, Almaniyada işlə təmin olunmaq üçün yalnız dil bilikləri kifayət deyildir. Bununla yanaşı sizin işlə təmin olunmağınız üçün Almaniyada zəruri prosedurlar (sənədlərinizin andlı tərcümə olunması, aidiyyatı orqanlarla, işə götürənlərlə davamlı danışıqların aparılması və s.) həyata keçirilməlidir. Biz Azərbaycanda bu sahədə professional fəaliyyət göstərən ilk alman şirkəti olaraq sizin üçün bu işləri öz üzərimizə götürürük. Tələb olunan xidmət haqqı (300 manat xidmət xərci istisna olmaqla) yalnız işə qəbul olunduqdan sonra ödənilir.