Hörmətli Almaniya sevərlər,

bu gün Almaniyanın “E & F Kaukasischer Fachrkräftedienst GmbH” şirkətinin Azərbaycandakı rəsmi Filialı olan “Köln Dil və Mütəxəssislər Akademiyası” ilə Profi-Resurs Peşə Tədris Mərkəzi arasında əməkdaşlıq haqqında rəsmi Razılaşma imzalanmışdır. Akademiyamız tərəfdən Razılaşmanı Akademiyamızın Direktoru, Rəşad bəy, imzalamışdır. Razılaşmaya əsasən Profi-Resurs Peşə Tədrisi Məktəbinin tələbələrinə Almaniyada peşə təhsillərini davam etdirmək və ya işləməklə bağlı tam olaraq Akademiyamız tərəfindən dəstək göstəriləcəkdir.

Bunun üçün Profi-Resurs Peşə Tədris Mərkəzində Akademiyamız tərəfindən Alman dili kursları təşkil ediləcəkdir ki, bu kurslarda peşə məktəbinin tələbələri ilə yanaşı Əhmədli-Xalqlar Dostluğu Metro stansiyaları və ora yaxın ərazilərin sakinləri də iştirak edə biləcəkdir. Kurslarımızla bağlı ətraflı məlumat yaxın zamanda veriləcəkdir.

Əməkdaşlığımızın hər iki tərəf üçün uğurlu olacağına əminik!

Hörmətlə,

Köln Dil və Mütəxəssislər Akademiyası

Leave a Comment