ALMAN DİLİNDƏ PRAKTİKİ DANIŞIQ KLUBU VƏ FİLM GÜNLƏRİ

“Köln Dil və Mütəxəssislər Akademiyası” alman dili bilikləri olan və ya alman dilini öyrənmək niyyəti olan hər bir kəsi hər həftənin şənbə günü saat 14:00-dan 16:00-a kimi davam edən pulsuz praktik danışıq klubuna və ya alman dilində olan kino günlərinə dəvət edir. Praktik danışıq dərsləri iştirakçıların istəyinə və dil səviyyələrinə uyğun mövzulardan ibarət olmaqla, ixtisaslı müəllim heyətimiz tərəfindən aparılacaqdır. Kino həftəsində isə, kinoya baxıldıqdan sonra alman dili müəllimimiz tərəfindən iştirakçılarla birlikdə həmin kinonun qısa məzmunu 15-30 dəqiqə ərzində alman dilində olmaqla müzakirəsi aparılacaqdır.

Akademiyamızın ödənişsiz olan bu xidmətindən yararlanmaq istəyən hər bir şəxsdən iştirakla bağlı danışıq klubunun və film günlərinin də baş tutacağı ofisimizə yaxınlaşaraq (ünvan: Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, 65) və ya (012) 497-04-66 / (055) 204-86-30 telefon nömrələri ilə əlaqə saxlamaqla və ya www.koeln-akademie.az saytımızdan “Bizimlə əlaqə” bölməsində qeydiyyatdan keçməklə öncədən məlumatlandırmaları xahiş olunur.

“Köln Dil və Mütəxəssislər Akademiyası” – Sizin Almaniya bələdçiniz!

Leave a Comment