🇩🇪 Alman işəgötürən Apreldə Bakıda! 📌

Əziz həmvətənlər,

xəbər verdiyimiz kimi Almaniyadan böyük bir firmanın rəhbərliyini Bakıya 🇦🇿 dəvət etmişik. Bu alman firması Almaniyanın şimali-şərqində bir neçə istirahət regionlarında marka geyim mallarının satışı, restoran işi və hotelçilik ilə məşğuldur.

👉 Aprel ayının 25-də bizim akademiyada baş tutacaq işçi seçimində aşağıdakı sahələr üzrə maraqlanan şəxslər iştirak edə bilərlər:

– Geyim dükanlarında moda və satış məsləhətçisi (satıcı);
– Restoranlarda xidmət göstərən işçi qüvvələr (xidmət personalı, aşpaz).

Yuxarıda göstərilən iş yeriləri üçün şərtlər ✔:

* Yaxşı alman dil biliyi (minimum B2),
* Yüksək motivasiya və çalışqanlıq,
* Yaxşı əlaqə qurma qabiliyyəti,
* Etibarlı, səmimi və dəqiq.

👉 Həmçinin 3 peşə sahəsi (Ausbildung) üzrə peşə təhsilində maraqlı şəxslər seçimdə iştirak edib, birbaşa Ausbildunga qəbul ala bilərlər:

+ Pərakəndə satış mütəxəssisi;
+ Satıcı;
+ Aşpazlıq.

Ausbildung üçün şərtlər ✔:

* Yetərli alman dil biliyi (minimum B1),
* Yaxşı götürmə qabiliyyəti və öyrənmə həvəsi;
* Yüksək motivasiya və çalışqanlıq,
* Yaxşı əlaqə qurma qabiliyyəti,
* Etibarlı, səmimi və dəqiq.

👉 Yay sezonu üçün işçilər:

Bundan əlavə yay aylarında (iyun, iyul, avqust) mətbəx, qastronomiya və geyim malları dükanında işləmək istəyən şəxslər seçimdə iştirak edə bilərlər. Bu 3 ay müddətində Almaniya ilə yaxından tanış olub, həm pul qazanmaq həm də gələcək həyatınızla bağlı dəqiq qərar vermək imkanı qazanacaqsınız.

Yay sezonu işçiləri üçün şərtlər ✔:

+ Yetərli alman dil biliyi (minimum B1),
+ Yüksək motivasiya və çalışqanlıq,
+ Yaxşı əlaqə qurma qabiliyyəti,
+ Etibarlı, səmimi və dəqiq.

Bu seçimdə maraqlı şəxslər zəruri sənədləri ilə bizim akademiyamıza yaxınlaşmalı və bizimlə müqavilə imzalamalıdırlar. Ətraflı məlumat almaq üçün əlaqə nömrələri:

Telefon ☎:
(012) 492 74 08
(055) 204 86 30

Ünvan 📍:
Bakı şəh., Şeyx Şamil küç. 33 (İçəri Şəhər mt/st yanı, Təzə Bəy hamamı ilə üz-üzə)

Köln Dil və Mütəxəssislər Akademiyası – Biz sizin üçün çalışırıq!

Leave a Comment