Cari ilin iyul ayının 5-də Köln Dil və Mütəxəssislər Akademiyasının Bakı ofisində alman hüquqşünas və andlı tərcüməçi Elvin Cəbrayılın rəhbərliyi ilə “Almaniyada iş müraciət forması: xüsusilə tərcümeyi hal” adlı seminar keçirilmişdir. Seminar zamanı iştirakçılar Almaniyada iş müraciəti zamanı xüsusilə diqqət yetirilməli olan məqamlarla bağlı məlumatlandırılmışdır. Seminarın sonunda iştirakçıların Almaniya ilə bağlı sualları ətraflı şəkildə cavablandırılmışdır.

Seminarda iştirak edən şəxslərə öz minnətdarlığımızı bildirir və gələcək işlərində uğurlar arzu edirik.

Leave a Comment