Almaniyanın yeni Miqrasiya Qanunu 2020-ci ilin mart ayının 1-dən etibarən qüvvəyə minir.

Almaniyada andlı tərcüməçi və hüquqşünas kimi fəaliyyət göstərən Elvin Cəbrayılın apardığı seminarda iştirakçılara Almaniyaya getmək üçün düzgün, qanuni yollarla bağlı zəruri məlumatlar verilmişdir.

Seminarda əsasən aşağıdakı mövzuda danışılmışdır:

– Hansı peşə təhsilini seçməliyəm?
– Ali təhsil və Ausbildung arasında qalmışam, necə edim?
– Ali təhsili Universität və ya (Fach-)Hochschule-də alım?
– Ali təhsil: Alman yoxsa İngilis dilində?
– Peşə təhsilinin xüsusiyyətləri?
– Peşə və ya ali təhsili bitirdikdən sonra Almaniyada iş imkanı?
– Mavi kart-ın şərtləri və üstünlükləri?
– Almaniyada yaşam qaydası və hüquqi risklər?
– Övladları və həyat yoldaşım mənimlə Almaniyaya gedə bilərmi?
– və s. mövzular.

Seminarda 40-dan çox maraqlı şəxs iştirak etmişdir.

Qeyd edək ki, belə seminarlar mütəmadi olaraq təşkil ediləcəkdir.

Köln Dil və Mütəxəssislər Akademiyası! Sizin Almaniya Bələdçiniz!

Leave a Comment