TARİXİ QEYD EDİN!

Seminarın məqsədi Almaniyada və həmçinin Azərbaycanda iş müraciəti edən şəxslərə bununla bağlı zəruri məlumatların çatdırılmasıdır. Xüsusi diqqət yetirilməli olan müraciət sənədi məhz tərcümeyi-haldır. İş müraciəti edərkən təxminən göndərilən tərcümeyi-halların böyük bir hissəsi kadrlar şöbəsində bəzən acı təbəssüm və bəzən də böyük hirs oyadır ki, bu da işdən rədd cavabı almağa gətirib çıxarır.

Elvin Cəbrayıl ilə bu riskdən uzaq olmaq istəyirsinizsə, iyul ayının 3-dək qeydiyyatdan keçməyiniz şərtdir. Qeydiyyat yalnız elektron poçt üzərindən aparılır: info@koeln-akademie.az

Qeydiyyat zamanı qeyd olunmalıdır:
Ad, soyad, hazırkı təhsil və ya peşə sahəsi

Seminara gələrkən öz tərcümeyi-halınızı da gətirə bilərsiniz və biz sizə ona nəzər yetirdikdən sonra daha konkret tövsiyyələr verə bilərik.

Seminar bütün tələbə, şagird, qaçqın ailə üzvləri və işsizlərə pulsuzdur. Digər iştirakçılardan 5 AZN tutulacaqdır.

Hörmətlə,
Köln Dil və Mütəxəssislər Akademiyası – Sizin Almaniya Bələdçiniz!

One Thought to “ELVİN CƏBRAYIL ilə SEMİNAR: Almaniyada iş müraciət forması: Xüsusilə Tərcümeyi-Hal”

  1. Zeynalov Eldəniz

    Azərbaycan Dillər Universiteti
    Regionşunaslıq(Almaniyaşünas)

Leave a Comment