Elvin Cəbrayıl

Elvin Cəbrayıl

– Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirdikdən sonra ali təhsilini Avropa Hüququ üzrə magistr təhsilində davam etdirmək üçün Almaniyaya köç etmişdir.

– Almaniyanın Vürçburq Universitetində magistr təhsilini başa vurduqdan sonra Köln Texniki Universitetinin İqtisadi Hüquq fakultəsində bakalavr təhsilinə yiyələnmişdir.

– Bundan sonra Köln Universitetinin Hüquq Fakultəsində Dövlət İmtahanı adlanan bakalavr-magistr təhsilini özündə ehtiva edən təhsil pilləsini müvəffəqiyyətlə başa vurmuşdur.

– Almaniyada müxtəlif şirkət və hüquq firmalarında hüquq sahəsində çalışmışdır. Hal-hazırda Almaniyanın tanınmış vergi hüququ üzrə ixtisaslaşmış hüquq firmalarının birində elmi işçi kimi əmək fəaliyyəti göstərir.

– 2014-cü ildən Almaniyanın Köln Şəhər Yüksək Əyalət Məhkəməsi tərəfindən Azərbaycan və Alman dilləri üzrə səlahiyyətləndirilmiş andlı tərcüməçidir. Bütün idarə və məhkəmələrdə tərcüməçi qismində iştirak edir və tərəfindən təsdiq edilən sənədlər bütün alman dilli ölkələrin (Almaniya, İsveçrə və Avstriya) dövlət və qeyri-dövlət idarələrində tanınır.

– Almaniyada müxtəlif hüquq sahələri üzrə çıxan hüquq jurnallarında dərc edilən çoxsaylı elmi məqalələrin və bundan əlavə Vergi hüququ və Beynəlxalq Xüsusi Hüquq sahəsində nəşr edilmiş iki kiçik kitabın müəllifidir.