FİRUDİN QURBANOV
– 2010-cu ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra rezidentura təhsilini davam etdirmək üçün Almaniyaya getmişdir.
– 2012-2014-cü illərdə Köln Universitet Klinikasının Ürək Mərkəzində köməkçi həkim olaraq çalışmışdır.
– 2014-cü ildə Approbasiya imtahanından uğurla keçərək Almaniyada səlahiyyətli həkim kimi tanınmışdır.
– 2014-2018 ci illərdə Ziqen şəhər Ərazi Xəstəxanasının Kardiologiya şöbəsində köməkçi həkim vəzifəsində çalışmışdır.
– Türkiyə, İspaniya, Avstriya və Almaniyanın bir neçə fərqli mərkəzlərində təcrübə proqramlarının aktiv iştirakçısıdır.
– Hal-hazırda Siegerland Diakonie Klinikasının Ürək Mərkəzində kardioloq olaraq əmək fəaliyyəti göstərir.