SÖZ VERDİYİMİZ KİMİ: İXTİSASLI İŞÇİLƏRİN ALMANİYAYA MİQRASİYASI QANUNU ALMANİYANIN PARLAMENTİ TƏRƏFİNDƏN QƏBUL OLUNDU!

Almaniyada işləmək ixtisaslı işçilər üçün bundan sonra asan olacaqdır. Belə ki, bunu nəzərdə tutan Qanun bir neçə gün öncə Almaniyanın Parlamenti tərəfindən qəbul olunmuşdur. Qanun son olaraq Federal Şura tərəfindən təsdiq edildikdən sonra bu ilin avqust-sentyabr aylarında qüvvəyə minəcəkdir.

Yeni Qanuna əsasən Almaniyada işləmək istəyən bütün sahədən olan mütəxəssislər Almaniyada işləmək imkanı əldə edəcəklər. Artıq sıx axtarılan sahələrdə deyil bütün sahələr üzrə (pinəçi, asfalt çəkən, sürücü, bərbər, mexanikçi və s.) Avropa Birliyinə daxil olmayan ölkələrin vətəndaşlarına Almaniya iş bazarına daxil olmaq üçün yol açılmış olacaqdır. Artıq alman və avropa vətəndaşlarının öncəliklə nəzərə alınması proseduru ləğv ediləcəkdir.

Qanunun əsas üstünlüklərindən biri ondan ibarətdir ki, hər hansı ali və ya peşə təhsilini bitirən və kifayət qədər almanca danışa bilən hər bir şəxs (https://koeln-akademie.az/alman-dili-kursu) 6 aylıq viza alaraq Almaniyada iş axtarmaq üçün gedə biləcəkdir. Bu müddət ərzində həmin şəxslər dövlətdən sosial ödəniş almayacaqlar.

Əgər siz də yaxın aylarda qüvvəyə minməsi gözlənilən bu Qanunun verdiyi imkanlardan yararlanmaq istəyirsinizsə bizimlə əlaqə saxlamağınız kifayətdir. Biz sizə düzgün bələdçilik edəcəyik!

ƏLAQƏ:

(Foto: picture alliance/dpa)

Leave a Comment