Cari ilin yanvar ayının 30-da alman firmamızın icraçı direktoru, Elvin Cəbrayıl, Profi-Resurs peşə tədris mərkəzinə səfər etmişdir. Səfər çərçivəsində mərkəzin direktoru ilə geniş danışıqlar aparılmış, əməkdaşlığın inkişafına yönəlik məsələlər müzakirə edilmişdir.

Daha sonra peşə tədris mərkəzinin bir sıra tələbələri ilə görüş keçirilmiş, onlara Almaniyada peşə təhsili və iş barəsində ətraflı məlumat verilmişdir.

Gələcəkdə Profi-Resurs tədris mərkəzinin tələbələrinin Almaniyada peşə təhsili və iş yerləri ilə təmin edilməsi planlaşdırılır. Bunun üçün mərkəzdə alman dilinin tədrisinə daha çox zaman ayrılması və intensiv formada tədris məsləhət bilinmişdir.

Leave a Comment