27.07.2019-cu il tarixində Bakı Ali Neft Məktəbinin Konfrans zalında Elvin Cəbrayılın rəhbərlik etdiyi “Almaniyada təhsil və alman dili kursları” adlı seminar keçirilmişdir. Çoxsaylı şagird, tələbə və məzunların iştirak etdiyi seminarda xüsusilə Almaniyada təhsil formaları, təhsilin üstünlükləri, Almaniyada iş imkanları və Alman dili kursları haqqında geniş məlumat verilmişdir.

Bu imkanı yaratdığına görə Bakı Ali Neft Məktəbinin rektoru, cənab Elmar Qasımova və təşkilati işləri həyata keçirən Bayram bəyə minnətdarlığımızı bildiririk.

Siz də Almaniya ilə bağlı arzularınızın gerçəkləşməsini istəyirsinizsə, bizə müraciət edə bilərsiniz.

Hörmətlə,

KDMA

Leave a Comment