👨‍⚕👩‍🎓SEMINAR: MEDIZINSTUDIUM UND ARZTBERUF IN DEUTSCHLAND👩‍⚕👨‍🎓

Qeydiyyat tələb olunur!

Əziz izləyicilər,

yanvar ayının 27-də saat 19:00-da sizləri Bakı ofisimizdə Aytən xanım Musayevanın təqdimatında maraqlı bir seminara dəvət edirik. Seminarda Almaniyada tibb təhsili və həkimlik fəaliyyəti ilə bağlı bütün suallarınıza cavab tapacaqsınız.

Aytən xanım, Almaniyada, Mainz Universitet Klinikasında Göz xəstəlikləri (Augenerkrankungen) sahəsində uzun illər həkim kimi fəaliyyət göstərmiş və 2018-ci ilin may ayından İxtisas həkimi imtahanını keçərək ixtisas həkimi (Fachärztin) dərəcəsi almışdır.

Seminarın ilk 15 dəqiqəsində mövzu üzrə qısa məlumat verildikdən sonra birbaşa olaraq sual-cavab, yəni müzakirə bölümünə keçid ediləcəkdir. Hər kəs öz sualını rahat şəkildə vermək imkanı qazanacaqdır.

Qeydiyyat üçün info@koeln-akademie.az elektron poçtuna ad, soyad və peşənizi yazaraq qeydiyyatdan keçə bilərsiniz. Yerlər məhduddur.

Seminarın ünvanı:

Köln Dil və Mütəxəssislər Akademiyası
Şeyx Şamil küçəsi 33, Səbail ray. (İçərişəhər metrostansiyasının tam yaxınlığında, Təzəbəy hamamı ilə üzbəüz).

Tel.: 055 204-86-30
055 204-87-03
Email: info@koeln-akademie.az

Bild: © ipopba – Fotolia

Leave a Comment